ABŞ-da öz həyətində paltarsız idman edən qadın həbs edilib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə martın 2-də baş verib. 27 yaşlı Aleksis Harnett öz həyətində çılpaq şəkildə idman edib. Bunu görən qonşu kişi polisə müraciət edib.
Kişi qeyd edib ki, Harnett sinəsi çılpaq formada idmanla məşğul olub. O, qonşusunun gimnastik hərəkətlərimi lentə alıb və sözünün sübutu kimi polisə təqdim edib.
Nəticədə idmançı qadın polis tərəfindən saxlanılıb. O, 10 min dollar girov ödədikdən sonra ev dustaqlığına buraxılıb.