Gürcüstan quru sərhədlərini də açır
07 may 2021 11:50 (UTC +04:00)

Gürcüstan quru sərhədlərini də açır

“Gürcüstan hökuməti ölkənin quru sərhədlərinin açılması üzrə iş aparır”.  Lent.az 24News.ge portalına istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava açıqlama verib. Onun sözlərinə görə, quru sərhədlərdə hava sərhədində tətbiq edilən qaydalardan istifadə nəzərdə tutulub:

"Quru sərhədinin açılmasına gəlincə, biz bunun üzərində işləyirik. Hava sərhədlərini idarə etmək üçün istifadə etdiyimiz qaydalarla təxminən eyni qaydalar üzərində işləyirik", - deyə nazir bildirib. Qeyd edək ki, Gürcüstana hava sərhədindən daxil olan şəxslər son 72 saat ərzində aparılan PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış təqdim etməlidir. Həmin şəxslər Gürcüstanda uzun müddət qalacaqları təqdirdə isə 3 günün tamamında öz hesablarına yenidən test yoxlamasından keçirlər. Xatırladaq ki, Azərbaycan və Gürcüstan arasında quru sərhədlər vasitəsilə sərbəst gediş-gəliş ötən ilin martın 14-dən pandemiya səbəbindən dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3663
avatar

Səbuhi Sədəf

Oxşar yazılar