Gənc aktyor  dələduzluqda təqsirli bilinir
07 iyun 2023 10:48 (UTC +04:00)

Gənc aktyor dələduzluqda təqsirli bilinir

Məhkəmə aktyor Vladimir Sinqayevskini daşınmaz əmlak fırıldaqçılığına görə cəzalandırıb.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, Moskvanın Butırski Məhkəməsi Sinqayevskini xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilərək, 5 il müddətinə azadlıqdan məhrum edib. Lakin aktyor artıq 5 illik cəzasını istintaq təcridxanasında çəkib və azadlığa çıxacaq.

Məhkəmə Sinqayevskinin doqquz şəriki ilə birlikdə vəfat etmiş vətəndaşların üç mənzilini qanunsuz olaraq ələ keçirdiyi barədə qərar çıxarıb. Əmlak oğurlandıqdan sonra ortaqlar onu satıb və əldə etdiyi 19 milyon rublu öz aralarında bölüblər. Aktyor daşınmaz əmlakdan oğurluqla bağlı əlavə ittiham olunmayıb, buna görə də həbs müddəti artırılmayıb.

Vladimir Sinqayevski əvvəlcə idmançı kimi karyera qurub. Lakin sonradan filmlərdə rol alıb. O, “Pokrovski qapıları” və “Dəmir oyunlar” filmlərində, həmçinin “Dartagnan və üç muşketyor”, eləcə də “Qorxma, mən səninləyəm” layihələrinin epizodlarında rol alıb.

# 1431
avatar

Oxşar yazılar