Ermənistan müdafiə nazirinin keçmiş müavini öldü
13 avqust 2022 03:55 (UTC +04:00)

Ermənistan müdafiə nazirinin keçmiş müavini öldü

0

Ermənistan parlamentinin keçmiş deputatı, müdafiə nazirinin keçmiş müavini general Seyran Saroyan ölüb.

Lent.az xəbər verir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb.

Seyran Saroyan 1990-cı illərdə Qarabağ müharibəsinin iştirakçısı olub. 1993-2007-ci illərdə Ermənistan Silahlı Qüvvələrində alay, briqada, 2-ci və 4-cü ordu korpusunun komandiri olub.

2000-ci ildə Saroyana general-mayor rütbəsi verilib.

2007-ci il mayın 12-də Milli Məclisə deputat seçilib.

2018-ci ildə Respublikaçılar Partiyasından ayrılaraq siyasətdən gedib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1459

Oxşar yazılar