Ərdoğandan Rusiya-Ukrayna hadisələrinə MÜNASİBƏT
24 fevral 2022 15:45 (UTC +04:00)

Ərdoğandan Rusiya-Ukrayna hadisələrinə MÜNASİBƏT

“Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Bunu telefon danışığımız zamanı ukraynalı həmkarım Vladimir Zelenskiyə də dedim”.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya - Ukrayna münaqişəsi ilə bağlı bu gün keçirdiyi Təhlükəsizlik Sammitində deyib.

O, məsələnin razılaşmalar çərçivəsində həll edilməsini arzulayır: 

“Gərginliyin Minsk razılaşmaları çərçivəsində tənzimlənməsi arzumuzu bir daha təkrarlayırıq. Bunu dünən telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putinə də dedim.

Hərbi müdaxilənin qəbuledilməz olduğunu və rədd etdiyimizi xatırlatmaq istəyirəm. Beynəlxalq hüquqa zidd kimi qiymətləndirdiyimiz bu addım regionun sabitliyinə vurulmuş bir zərbədir.

Öz vətəndaşlarımız və Krım tatarları qardaşlarımız başda olmaqla Ukraynada yaşayan hər kəsin təhlükəsizliyinin təmin edilməsi məsələsində üzərimizə düşəni edəcəyikş

“Türkiyə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2364
avatar

Fidan İlqar

Oxşar yazılar