Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “WhatsApp”-dan istifadə etməkdən imtina edib.
APA-nın xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Buna səbəb “WhatsApp”- messencerinin konfidensiallıq siyasətini dəyişməsidir.
Hazırda Türkiyə Prezidentinin administrasiyası “Turkcell Iletisim Hizmetleri” AS-yə məxsus BiP əlavəsindən istifadə edəcək. Türkiyə Prezidentinin mətbuat xidməti jurnalistləri də bu nümunədən istifadə etməyə çağırıb.
Bundan əvvəl ‘WhatsApp” istifadəçilərinin məlumatlarının “Facebook”-la bölüşüləcəyi məlum olub. “WhatsApp”-ın səhmlərinə nəzarət edən “Facebook” belə qərar verib.