Ərdoğan seçkilərdən sonra ilk dəfə danışdı:  "Millətimizin qərarına hörmətsizlik etməyəcəyik"
01 aprel 2024 02:20 (UTC +04:00)

Ərdoğan seçkilərdən sonra ilk dəfə danışdı: "Millətimizin qərarına hörmətsizlik etməyəcəyik"

Millətin seçki qutusunun qarşısında verdiyi mesajları ən doğru və obyektiv şəkildə ağıl və vicdan tərəzisində ölçüb-biçərək lazımi addımları mütləq atacağıq.

Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən bələdiyyə seçkilərindən sonra xalqa müraciətində deyib.

Ölkə başçısı bildirib ki, millətin və ölkənin vaxtını itirəcək müzakirələrə zamanı yoxdur.

“Millətimizin qərarına hörmətsizlik etməyəcəyik, millətlə inadkarlıq etməkdən, milli iradəyə zidd hərəkət etməkdən, millətin təqdirini şübhə altına almaqdan uzaq olacağıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3141
avatar

Oxşar yazılar