Ekvadorun ən böyük həbsxanasının rəisi vəzifəsini icra edən şəxs qətlə yetirilib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, rəisin qətli ilə əlaqədar polis araşdırmalara başlayıb.
Məlumata görə, naməlum şəxslər rəis vəzifəsini icra edən zabitin olduğu avtomobilə atəş açıblar. Hadisə zamanı o, sərnişin oturacağında olub.