Dünyanın ən bahalı şəhərləri - SİYAHI
02 dekabr 2022 09:33 (UTC +04:00)

Dünyanın ən bahalı şəhərləri - SİYAHI

Dünyanın ən bahalı şəhərlərinin adları məlum olub.

Lent.az xəbər verir ki, "Economist Intelligence Unit" saytının araşdırmasına əsasən, birincilikdə ABŞ-ın Nyu-York şəhəri və Sinqapur qərarlaşıb.

İkinci yerdə isə İsrailin Tel-Əviv şəhəri tutub. Həmin şəhər 2021-ci ildə siyahının birinci yerində olub.

Çinin Honq-Konq şəhəri dünyanın üçüncü ən bahalı şəhəridir. Bundan başqa, ilk onluqda Los-Anceles (ABŞ), Sürix (İsveçrə), Cenevrə (İsveçrə), San-Fransisko (ABŞ), Paris (Fransa), Kopenhagen (Danimarka) və Sidney (Avstraliya) şəhərləri qərarlaşıb.

Qeyd edək ki, 172-ci yeri Suriyanın paytaxtı Dəməşq şəhəri tutub.

# 2808
avatar

Nigar Namiq

Oxşar yazılar