Dəhşətli qəza!  7 nəfər öldü, 20 nəfər yaralandı
19 mart 2024 08:09 (UTC +04:00)

Dəhşətli qəza! 7 nəfər öldü, 20 nəfər yaralandı

Nepalın mərkəzindəki Baglung rayonunda avtobusun qəzaya uğraması nəticəsində azı 7 nəfər ölüb, 20 nəfər yaralanıb.

Lent.az xəbər verir ki, bu barədə “The Himalayan Times” qəzeti məlumat yayıb.

Polisin məlumatına görə, Nepalın paytaxtı Katmanduya gedən avtobus magistral yoldan 300 metr aralıda tapılıb.

Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

# 2097
avatar

Oxşar yazılar