Bu raketlərin istehsalı dayandırıldı -SƏBƏB
31 mart 2024 16:15 (UTC +04:00)

Bu raketlərin istehsalı dayandırıldı -SƏBƏB

TAURUS raketlərini istehsal edən “Matra BAE Dynamics Aerospatiale” (MBDA) konserninə daxil olan şirkət istehsalı dayandırıb.

Lent.az-ın xəbərinə görə, bunu şirkətin rəhbəri Tomas Qottşild “Augsburger Allgemeine” qəzetinə müsahibəsində bildirib.

Tomas Qottşild deyib ki, bunun səbəbi TAURUS raketlərinə dair sifarişlərin olmamasıdır. Onun sözlərinə görə, Ukraynanın da çox istədiyi bu raketlərin istehsalının yenidən bərpa edilməsi müəyyən zaman tələb edəcək: “Çünki bizim tədarükçülərimiz kiçik və orta müəssisələrdir. Bu halda onlar da müvafiq detalların istehsalını dayandırırlar və istehsal xətlərini işlək vəziyyətdə saxlamaq üçün maliyyəni təmin edə bilmirlər. Ona görə də biz yeni sifariş alacağımız halda həmin tədarükçülərin xammal təmin etmələri, yenidən fəaliyyətlərini bərpa etmələri lazımdır. Müdafiə sənayesi möcüzə yarada bilməz. Əgər biz bu gün sifariş alsaq, sabah onu yerinə yetirə bilmərik. Müdafiə sənayesi üçün uzun müddətli sifarişlər lazımdır”.

Qeyd edək ki, Almaniya kansleri Olaf Şolts Ukraynaya TAURUS raketlərinin tədarükünə qarşı çıxır.

# 2904
avatar

Oxşar yazılar

Zelenskinin mühafizəsində  satqın   aşkarlandı

Zelenskinin mühafizəsində satqın aşkarlandı

7 may 2024 , 12:20
İsrail tankları Rəfaha girdi

İsrail tankları Rəfaha girdi

7 may 2024 , 09:38
Uşaq kitabxanasının pəncərəsini sındırıb İÇƏRİ GİRDİ

Uşaq kitabxanasının pəncərəsini sındırıb İÇƏRİ GİRDİ

7 may 2024 , 07:21
Rusiyada ZƏLZƏLƏ  baş verdi

Rusiyada ZƏLZƏLƏ baş verdi

7 may 2024 , 04:35
Rusiyada amerikalı hərbçi SAXLANILDI

Rusiyada amerikalı hərbçi SAXLANILDI

7 may 2024 , 00:38
HƏMAS İsraillə atəşkəsə RAZILAŞDI

HƏMAS İsraillə atəşkəsə RAZILAŞDI

6 may 2024 , 21:24
Bayden prezidentliyə namizədliyini geri götürə bilər : Onun xeyrinə

Bayden prezidentliyə namizədliyini geri götürə bilər: Onun xeyrinə

6 may 2024 , 19:14
Magistralda qəza: Ölənlər var

Magistralda qəza: Ölənlər var

6 may 2024 , 07:55