Bu ölkədə Hindistandan gələnlər HƏBS EDİLİR
02 may 2021 01:13 (UTC +04:00)

Bu ölkədə Hindistandan gələnlər HƏBS EDİLİR

Avstraliya hökuməti koronavirusla mübarizə üçün qeyri-adi qərar verib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Avstraliya hökuməti Hindistandakı kütləvi yoluxma ilə əlaqədar vətəndaşlarının bu ölkədən dönməsinə qadağa qoyub. Qərara əsasən, hazırda Hindistanda olan avstraliyalılar öz ölkələrinə buraxılmır. Buna əməl etməyənlər isə ya 5 il həbs edilir, ya da 37 min sterlinq (təxminən 88 min manat) cərimələnir.

Hökumət bu qərara mayın 15-də təkrar baxacağını açıqlayıb.

Qeyd edək ki, son zamanlar Hindistanda gündəlik koronavirusa 300 min insan yoluxub. Ümumilikdə bu ölkədə 19 milyon insan pandemiyaya yoluxub, 200 mindən çox adam ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2301
avatar

Mehman Nəbiyev

Oxşar yazılar