Bu ölkədə  ətyeyən milçəklər   yenidən üzə çıxdı
17 avqust 2022 04:45 (UTC +04:00)

Bu ölkədə ətyeyən milçəklər yenidən üzə çıxdı

Fransanın cənubunda “Thyreophora cynophila” növünə aid milçəklər tapılıb. 

Lent.az Vesti.ru saytına istinadən xəbər verir ki, bu növ bir əsrdən çoxdur ki,  yoxa çıxmmış sayılırdı.

Milçəklər vəhşi heyvanların çürümüş cəsədlərində yumurta qoymağını tədqiq edən Pireney Milli Parkının təbiətşünasları tərəfindən aşkar edilib. 

Tədqiqat Oso vadisində (Atlantik Pireneylər Departamenti) aparılıb.

Elm adamları fevral ayında dəniz səviyyəsindən 1700 metr yüksəklikdə qar üzərindəki çöl donuzu cəsədini müşahidə ediblər. 

“Müşahidəçi heyvanın ətrafında fırlanan milçəklər aşkar edib. Amma bunlar sadə milçək deyil! Onlar parlaq narıncı başlı “Thyreophora cynophila idi", - deyə tədqiqatçılar sosial şəbəkələrdə yazıblar.

Qeyd olunduğu kimi, bu milçəklərin ən fəal dövrü qış fəslidir. Onlar qarda çürüyən leşlərlə qidalanır. 

“Thyreophora cynophila” sürfələrinin inkişafı üçün sevimli yer sümük iliyidir.
 

# 2307
avatar

Oxşar yazılar