Braziliya prezidenti inflyasiyaya  qalib gəlməyin   yolunu tapdı:  Yeməyi dayandırın
07 fevral 2025 19:49 (UTC +04:00)

Braziliya prezidenti inflyasiyaya qalib gəlməyin yolunu tapdı: Yeməyi dayandırın

Braziliya prezidenti Lula da Silva artan ərzaq qiymətləri ilə mübarizə aparmaq üçün qeyri-ənənəvi üsul elan edib - onun fikrincə, vətəndaşlar sadəcə istehlakı azaltmalıdırlar.

Lent.az-ın xarici mediaya istinadla bildirir ki, yaşayış bahalığının səbəbləri ilə mübarizə aparmaq əvəzinə o, insanları supermarketlərdə daha az almağa və baha qiymətə satılan məhsullardan çəkinməyə çağırıb.

Prezidentin sözlərinə görə, əgər məhsul əlçatmaz görünürsə, deməli, onu almağa dəyməz. Bu yolla o, iqtisadi çətinliklərə görə məsuliyyəti faktiki olaraq braziliyalıların özlərinin üzərinə ataraq, inflyasiya problemini yeməkdən imtina ilə həll etmələrini təklif edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486

Oxşar yazılar