Səudiyyə Ərəbistanının Mədinə şəhərində güclü daşqınlar baş verib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə güclü sel sularının maşınları batırdığı əks olunub.
İnsanlar maşınlardan təxliyə edilib. Şəhərə cəmi bir gündə bir illik yağıntı düşüb və bu, güclü daşqınlara səbəb olub. Sosial şəbəkələrdə yayılan video görüntülərdə külli miqdarda sel sularının bir neçə avtomobili apardığı görünür. Axan suların əhatəsində qalan insanlar maşınlarından düşüb qaçmağa çalışıb.
Mədinə səhra iqlimindədir, burada illik orta yağıntının miqdarı 60 ilə 100 mm arasındadır. Ən çox yağış qış aylarında baş verir, dekabr, yanvar və fevral ayları adətən ən yağışlı dövrlərdir. Belə az yağıntılar Səudiyyə Ərəbistanının quraq bölgələri üçün xarakterikdir.