ABŞ Prezidenti Co Bayden
15 aprel 2021 16:30 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden

Bayden Rusiyaya qarşı QƏRAR VERDİ

Ağ Ev hökuməti Rusiyaya qarşı sanksiya tətbiq edib.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Co Bayden bununla bağlı Fərman imzalayıb. 

Sanksiyaya əsasən, Rusiyanın Vaşinqtondakı diplomatik missiyasının 10 əməkdaşı ölkədən çıxarılacaq. Onların arasında Rusiya Xarici Kəşfiyyat Xidmətinin əməkdaşları da var.

Bundan başqa, ABŞ Maliyyə Nazirliyi ABŞ maliyyə qurumlarının Rusiyanın Mərkəzi Bankı, Milli Sərvətlər Fondu və ya Maliyyə Nazirliyi tərəfindən 14 iyun 2021-ci il tarixindən sonra buraxılmış rubl və ya qeyri-rubl nominallı istiqrazları alınmasını və Rusiya Mərkəzi Bankına, Milli Sərvətlər Fonduna və ya Maliyyə Nazirliyinə rubl və ya qeyri-rubl nominallı borc verməsini qadağan edir.

Sənəddə Rusiya Xarici Kəşfiyyat Xidmətinin “Solar Winds”ə kiberhücuma görə məsuliyyət daşıdığı bildirilir. Rusiya Kəşfiyyat Xidmətinin kiber fəaliyyətinə müxtəlif vasitələrlə dəstək verən altı rus texnologiya şirkətinə qarşı sanksiyalar tətbiq olunur.  

ABŞ Maliyyə Nazirliyi Rusiyanın ABŞ-da seçkilərdə müdaxilədə şübhəli bilinən 16 təşkilatına və 16 fiziki şəxsinə də sanksiya tətbiq edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3069
avatar

Oxşar yazılar