Bacı-qardaş cinayət törətdilər: 25 il sonra edam..
06 may 2022 12:51 (UTC +04:00)

Bacı-qardaş cinayət törətdilər: 25 il sonra edam..

Amerikada yaşayan Karman Dek törətdiyi cinayətdən 25 il sonra edam olunub. 

Lent.az  xarici KİV-ə istinadən xəbər verir ki, prosesin belə uzanmasına səbəb məhkəmənin qərarlarının tez-tez dəyişməsi olub. 

Belə ki, Karman Dek 1996-cı ildə ABŞ-ın Missuri ştatında bacısı ilə birlikdə yaşayırmış. 

Onlar buradan bir xeyli uzaq olan De Soto bölgəsinə gedərək seçdikləri təsadüfi evlərdən birinə giriblər. 60 yaşlı ev sahibi olan cütlüyə əvvəlcə yollarını azdıqlarını bildirsələr də,  daha sonra Karman belindəki silahı çıxardaraq onlara uzadıb. O, evdəki pul və zinyət əşyalarını istəyib. Pulları aldıqdan sonra Dek, yaşlı cütlüyün üzüstə uzanmağı əmr edib. Onlar da bu tələbi yerinə yetirib. 

Dek daha sonra bacısı ilə evi tərk etmək istəsə də geri qayıdıb və arzusu dünyanın onu tanıması olduğunu bildirib. Buna görə də yaşlı cütlüyü güllələyib. 

Polis tərəfindən tutulan bacı-qardaş qətli etiraf ediblər. Dek hər iki qocanı öldürdüyünü deyib. O, bu etirafdan sonra cəzasının yüngülləşəcəyini düşünsə də yanılıb. 

1998-ci ildə Karman Dek ölüm cəzasına məhkum edilib. Ancaq Missuri Ali Məhkəməsi bir müddət sonra qərarı ləğv edib.

2005-ci ildə yenidən məhkəmə baş tutub. Amma bu dəfə də yekun qərar verilməyib. Bundan 3 il sonra, yəni 2008-ci ildə Karman Dek yenidən ölümə məhkum edilib.  

Nəhayət, o, 2020-ci ildə 30 yaşında törətdiyi cinayətə görə edam olunub.

Edamdan əvvəl onun son sözləri gündəm olub: 

“Ən böyük istəyim odur ki, dünyada həmişə sülh olsun. Hər kəs bir-birinə qarşı mehriban və sevgi dolu olmağı öyrənsin. Sevginizi göstərməkdən utanmayın!”  

Qeyd edək ki, Karman Dek edam olunanda 56 yaşında idi. Həmçinin o, etdiyi əmələ görə heç vaxt peşman olmadı və üzr istəmədi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3258
avatar

Sevinc Fərid

Oxşar yazılar