Azərbaycandan Rusiyanın bu şəhərlərinə reyslər DAYANDIRILDI
24 fevral 2022 11:08 (UTC +04:00)

Azərbaycandan Rusiyanın bu şəhərlərinə reyslər DAYANDIRILDI

Rusiyanın cənub hava limanlarından uçuşlara məhdudiyyətlər qoyulması səbəbindən "Buta Airways" aviaşirkəti cümə axşamı üçün nəzərdə tutulan Bakı-Həştərxan-Bakı reysini ləğv edib.

AZAL-dan Lent.az-a verilən məlumata əsasən, cənub hava məkanından istifadəyə qadağa qoyulduğu üçün bu gün Həştərxan hava limanından bütün reyslər ləğv olunub.

Ləğv edilmiş reysin sərnişinləri biletləri digər tarixlərə dəyişdirə və ya cərimələr tətbiq edilmədən geri qaytara bilərlər.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, martın 2-ə qədər Rostov, Krasnodar, Voronej, Simferopola da reyslər dayandırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3570
avatar

Fidan İlqar

Oxşar yazılar