Avtobus qəza nəticəsində yandı, 41 nəfər ölüb
29 yanvar 2023 12:19 (UTC +04:00)

Avtobus qəza nəticəsində yandı, 41 nəfər ölüb

Pakistanın Bəlucistan əyalətində avtobus qəzası nəticəsində azı 41 nəfər ölüb.

Lent.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.

Nəşr hadisə yerindən fotolar da yayıb.

Qeyd olunub ki, Kvettadan Kəraçi şəhərinə hərəkət edən və içərisində 48 sərnişinin olduğu avtobus magistral yolda körpünün dayağına çırpılaraq xəndəyə düşüb və yanıb.

Bildirilir ki, qəza avtobus sürücüsünün sürət həddini aşması səbəbindən baş verib.

# 1791
avatar

Oxşar yazılar