Ata dağıntılar altında qalan körpəsini xilas etmək üçün qolunu kəsdirdi
08 fevral 2023 18:19 (UTC +04:00)

Ata dağıntılar altında qalan körpəsini xilas etmək üçün qolunu kəsdirdi

Türkiyədə dəhşətli zəlzələdən sonra ölənlərin sayı getdikcə artır. 

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələnin ən çox dağıtdığı Hatayda daha bir dəhşətli an yaşanıb. Dağıntılar altında qalan ata beton plitələrə ilişən qolunun kəsilməsini istəyib.

O, plitənin altında sağ qalmış körpəsinin həyatını başqa cür xilas etməyin mümkün olmadığı üçün bu qərarı verib. Bu xəbəri hadisə yerində olan kinoaktyor sosial şəbəkə hesabında paylaşıb.

# 3216
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar