Arvadını iri timsahın ağzından xilas etdi
14 avqust 2025 14:42 (UTC +04:00)

Arvadını iri timsahın ağzından xilas etdi

Pakistanda bir kişi arvadını timsahın ağzından xilas edib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, qadın Sınd vilayətinin Sukkur şəhəri yaxınlığındakı Nara kanalının sahilində paltar yuyarkən, suda gizlənmiş böyük timsah ona hücum edib. O, qadını ayağından tutaraq dərinliyə çəkməyə başlayıb. Yaxınlıqda olan həyat yoldaşı isə iri sürünəndən qorxmayaraq onu timsahın ağzından çıxarıb.

Qadın ağır xəsarətlər alıb. Huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini kritik kimi qiymətləndiriblər.

Yerli sakinlər timsah hələ də kanal sahilində olduğundan, təhlükəsizliyin təmin edilməsi üçün hökuməti təcili tədbirlər görməyə çağırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 368

Oxşar yazılar