ABŞ-da koronavirusun 4-cü dalğası davam edir - Epidemioloq
05 aprel 2021 06:20 (UTC +04:00)

ABŞ-da koronavirusun 4-cü dalğası davam edir - Epidemioloq

“ABŞ-da koronavirusun dördüncü dalğası davam edir”.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Minnesota Universitetinin professoru, epidemioloq Maykl Osterholm bildirib.

“İnanıram ki, müəyyən mənada demək olar ki, yeni bir pandemiyadayıq. Tək yaxşı xəbər, mövcud peyvəndlərin spesifik B.1.1.7-yə qarşı təsirli olmasıdır”, deyə Osterholm vurğulayıb.

ABŞ Xəstəliklərə Nəzarət və Yayılma Mərkəzinin rəhbəri Roçelle Ualenski də eyni fikirdə olduğunu qeyd edib. 

Qeyd edək ki, ABŞ-da 30,6 milyondan çox koronavirusa yoluxma,  554 mindən çox ölüm hadisəsi təsdiq olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1761
avatar

Oxşar yazılar