30 il yeməkxanada asılı qalan rəsm 11 milyona satıldı
19 mart 2024 02:29 (UTC +04:00)

30 il yeməkxanada asılı qalan rəsm 11 milyona satıldı

İngiltərədə 30 il yeməkxanada bəzək kimi asılan tablo hərracda 96 min funt sterlinqə (11,1 milyon rubl) satılıb.

Lent.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Araşdırmalar zamanı təsadüfən məlum olub ki, rəsmi 19-cu əsrin məşhur rəssamı Uilyam Terner 21 yaşında çəkib.

Martın 6-da rəsm Leminster şəhərində hərracda satılıb. Onu telefonla hərracda iştirak edən naməlum kolleksiyaçı alıb.

Hərrac təşkilatçılarının dediyinə görə, Turnerin rəsm əsəri üçün dünyanın hər yerindən alıcılar mübarizə aparıblar. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3777
avatar

Oxşar yazılar