2 qatar toqquşdu: 17 YARALI -VİDEO
11 dekabr 2023 02:07 (UTC +04:00)

2 qatar toqquşdu: 17 YARALI-VİDEO

İtaliyada yüksək sürətli qatar regional qatarla toqquşub.

Lent.az “Figaro”ya istinadla xəbər verir ki, ölkənin şimal-şərq hissəsində baş vermiş qəzada 17 nəfər xəsarət alıb. Hadisədə ölən olmasa da, paytaxt istiqamətində qatarların hərəkətində ciddi gecikmə yaranıb. Sözügedən xətdə hərəkət 2 saatdan çox müddətdə dayanıb. 

Qəzada zərərçəkənlərin az olmasına səbəb toqquşmanın aşağı sürətdə baş verməsidir. 
 

 

# 1215
avatar

Oxşar yazılar