Qanada 12 yaşlı qız 63 yaşlı din xadimi ilə evləndiyi aşkar edildikdən sonra polisin himayəsi altına alınıb.
Lent.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
Paytaxtdakı yerli icmaya xidmət edən nüfuzlu din xadiminin ofisi nikahın keçirilməsini müdafiə edərək bunun yalnız mərasim olduğunu bildirib.
Yerli hüquq-mühafizə orqanları qeyd edib ki, onlar qızın şəxsiyyətini müəyyənləşdirə biliblər və o, hazırda anası ilə birlikdə onların himayəsindədir.
Qeyd edək ki, Qanada evlilik üçün qanuni minimal yaş 18-dir. Son illərdə uşaq nikahlarının sayı azalsa da, bu hal davam edir.