Səudiyyə Ərəbistanı kralı sosial yardımları artıracağına söz verdi
23 fevral 2011 18:22 (UTC +04:00)

Səudiyyə Ərəbistanı kralı sosial yardımları artıracağına söz verdi

0
Lent.az-ın verdiyi məlumata görə, “Associated Press” agentliyi bu məlumatı Səudiyyə Ərəbistanının kütləvi informasiya vasitələrinə istinadən yayıb.

Qeyd edək ki, keçən ilin payızında Nyu-Yorkdakı xəstəxanaların birində bel yırtığından cərrahi əməliyyat olunan kral Abdulla daha sonra reabilitasiya kursu keçmək üçün Mərakeşə gedib. Başqa sözlə, o, son 1 ayda ölkəsindən kənarda olub.

Bir sıra ərəb ölkələrində baş verən inqilablar və 86 yaşlı kral Abdullanın səhhətindəki problemlər Səudiyyə Ərəbistanının gələcəyi ilə bağlı suallar yaradıb. Kral tacına hazırkı kralın 83 yaşlı ögey qardaşı, müdafiə naziri Xaled bin Sultan bin Abdul-Aziz və 77 yaşlı daxili işlər naziri Nayef bir Abdul-Aziz iddialıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 879

Oxşar yazılar