“Uzunömürlü olmağımın səbəbi bakirəliyimdir...”
24 fevral 2011 01:12 (UTC +04:00)

“Uzunömürlü olmağımın səbəbi bakirəliyimdir...”

0
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Gladys Gough deyib ki, evlənməyib, heç vaxt kişi sevgilisi olmayıb.

Siqaret çəkməyən, alkoqollu içki içməyən, hətta dərmandan belə istifadə etməyən Gladys Gough hesab edir ki, uzunömürlü olmasının əsas səbəblərindən biri də kişilərlə münasibətinin olmamasıdır: “Bir kişinin yaradacağı problemlərlə üzləşmədim”.

Gladys Gough yeməyindən də heç vaxt qalmayıb: “Axşamlar yeməyi heç təxirə salmadım və yetərincə yeməyə diqqət etdim”.

Gladys Gough həyatının böyük hissəsini bacısı Edna ilə birlikdə dünyanı səyahət etməklə keçirib. Bacısının 1996-cı ildə 85 yaşında həyatını itirdiyini söyləyən Gladys Gough qeyd edib ki, kişilən onlara yaxınlaşmağa çalışsalar da, bunu rədd ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 846

Oxşar yazılar