Obama bir həftədə 2 dəfə ağlayıb
09 noyabr 2012 22:59 (UTC +04:00)

Obama bir həftədə 2 dəfə ağlayıb

Noyabrın 6-da yenidən prezident olan Barak Obama Çikaqo şəhərində gənclər qarşısında çıxışı zamanı duyğulanaraq, ağlayıb.

Lent.az-ın «Haberürk»ə istinadən məlumatına görə, o,25 yaşında bu şəhəri gəldiyini, fərqlilik yaratmaq, insanlara yardım etmək istədiyini xatırlayıb. Barak Obama ictimai əsaslarla gördüyü işlərin ona çox fayda verdiyini, bu işlərdən öyrəndiklərini söyləyib.

«Çünki bu, sizin gördüyünüz işlərin, gördüyüm işin çox önəmli olduğu deməkdir.Mən bundan qürur duyuram, hamınızla fəxr edirəm» -deyərkən, ağlayıb.

ABŞ prezidentinin bu zaman çətin danışdığı da diqqətdən yayınmayıb.

Məlumata əsasən, o, seçkiöncəsi son mitinqdə də çıxış edərkən, göz yaşlarını saxlaya bilməmişdi.
# 1100

Oxşar yazılar