Amerikalı opera ulduzlarının Nyu-Yorkda Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasından Vəli ilə Tellinin duetini ifa etməsi sosial şəbəkədə trend olub.
Lent.az-ın xəbərinə görə, gənc ulduzlar dueti Azərbaycan dilində səsləndiriblər.
Onların Azərbaycansayağı geynmələri, başlarına milli papaq və kəlağayı örtmələri diqqətdən yayınmayıb.
Müğənnilər Telli ilə Vəlinin ifasını şən milli rəqsimizlə müşayiət ediblər.