Klinton və Eşton Belqradı yola gətirməyə çalışır
31 oktyabr 2012 03:53 (UTC +04:00)

Klinton və Eşton Belqradı yola gətirməyə çalışır

ABŞ və Avropa Birliyi rəsmi Belqraddan Kosovanın müstəqilliyini tanımağı tələb etmir.

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, ABŞ-ın dövlət katibi Hillari Klinton və Avropa Birliyinin ali komissarı Ketrin Eşton bu haqda birlikdə açıqlama verib.

Ötən gün onların hər ikisi Serbiyanın paytaxtı Belqradda olub. Orada prezidenti Tomislav Nikoliç və baş nazir İvits Daçiçilə görüşüb. Görüşdən sonra baş nazir, Klinton və Eşton mətbuat üçün birgə brifinq keçiriblər.

«ABŞ münaqişə edən bütün tərəfləri münasibətlərin normallaşması üçün konkret tədbirlər görməyə çağırır. Biz Anan yasa və siyasi maneələri anladığımızdan Serbiyadan Kosovanın tanınmasını tələb etmirik»-deyə, amerikalı diplomat bildirib.

Ketrin Eşton öz növbəsində deyib ki, səfərin məqsədi Serbiyanı Avropa Birliyində görmək istədiyimizi nümayiş etdirməkdir. Onun sözlərinə görə, Belqradla Priştina arasında münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlar serblər tərəfindən Kosovanın tanınması anlamanı gəlməməlidir: «Bu danışıqlar bizimi Serbiyadan Kosovanın tanınmasını tələb etməyimiz anlamına gəlməməlidir. Bu gün biz danışıqlar prosesinin yaxşı sürətlə getməsi məsələsini müzakirə etdik».

Belqradla Priştina arasında texniki danışıqlar məsələsi 2011-ci ilin martından başlasa da, bu ilin fevralında gerçəkləşib. Tərəflərin rəsmiləri arasında sonuncu örüş iki həftə öncə Brüsseldə Serbiyanın baş naziri İvits Daçiçlə Kosovanın baş naziri Haşim Taçi arasında baş tutub.

Kosovo 2008-ci ildə müstəqilliyini elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 931

Oxşar yazılar

Ankarada leysan fəsadlar törətdi-FOTO

Ankarada leysan fəsadlar törətdi-FOTO

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23
Çilidə güclü zəlzələ  baş verdi

Çilidə güclü zəlzələ baş verdi

18 iyul 2025 , 02:14