Gürcüstan parlamenti yeni tərkibdə ilk iclasını keçirib, sədr seçilib-FOTO
21 oktyabr 2012 19:34 (UTC +04:00)

Gürcüstan parlamenti yeni tərkibdə ilk iclasını keçirib, sədr seçilib-FOTO

Bu gün Kutaisidə 8-ci çağırış Gürcüstan parlamentinin ilk iclası başlayıb.

APA-nın Gürcüstan parlamentinin ilk iclasında iştirak etmək üçün Kutaisiyə ezam olunan əməkdaşının məlumatına görə, parlamentin ilk iclasını Konstitusiyaya görə, Gürcüstan prezidenti Mixail Saakaşvilinin açıb.

Prezident çıxışında Kutaisidə tikilən yeni parlament binasını Gürcüstanın simvolu adlandırıb: “Biz düşmən deyilik. Biz insanlara onların nə istədiyini verməliyik. Ola bilər ki, bu gün müxalifətə keçən hakimiyyət nümayəndələri indiki hakimiyyətlə birgə çalışsınlar. Biz birgə çalışmalıyıq. Səhiyyə, işsizliyin ləğv edilməsi, avroatlantik inteqrasiya sahələrində və digər vacib məsələlərin həlli üçün bir yerdə işləməliyik.”

Sonra Gürcüstan MSK-nın sədri Zurab Xaratişvili çıxış edərək prosedura görə, həm “Gürcü arzusu”, həm də Vahid Milli Hərəkat Partiyasından seçilən deputatların siyahısı elan edib.

İlk sessiyanı parlamentin sədri seçilənə qədər “Gürcü arzusu”nun ən yaşlı üzvü İvane Kquridze aparıb.

Yeni parlamentin ilk iclasında “Gürcü arzusu”nun 85, Vahid Milli Hərəkat partiyasının 65 deputatı iştirak edib.

İclasda prezident M. Saakaşvili ilə yanaşı, bütün Gürcüstanın katolikos patriarxı II İlya, “Gürcü arzusu”nun lideri, baş nazir vəzifəsinə namizəd Bidzina İvanişvili, hazırda fəaliyyətdə olan hakimiyyət rəsmiləri, Gürcüstanda akkreditə olunan dipkorpus nümayəndələri və qonaqlar iştirak edirlər.

“Gürcü arzusu” blokunun liderlərindən biri, Respublikaçılar Partiyasının sədri David Usupaşvili qanunverici orqanın sədri seçilib. D. Usupaşvilinin lehinə 88 parlamentar səs verib.

İclasın gedişində sədrliyə namizəd kimi David Usupaşvili ilə yanaşı keçmiş parlament sədri David Bakradze, “Gürcü arzusu”ndan seçilən deputatlardan David Sağvarelidze, Koba Davitaşvili və Vahid Milli Hərəkat Partiyasından Zakariya Kurtsinaşvili çıxış ediblər.

Parlament sədrinin birinci müavini “Gürcü arzusu”ndan Manana Kobaxidze, müavin vəzifələrinə isə eyni blokdan olan Zviad Dzidquri, Zurab Abaşidze, Murman Dumbadze və Vahid Milli Hərəkat Partiyasından Giorgi Baramidze seçiliblər.

Daha sonra parlamentin fraksiya və komitə sədrləri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3754

Oxşar yazılar

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

20 avqust 2025 , 05:50
Avtomobillərdə videoregistrator  və GPS  məcburi olacaq

Avtomobillərdə videoregistrator  və GPS məcburi olacaq

20 avqust 2025 , 04:46
Polis tutuquşu   sayəsində narkoşəbəkəni ələ keçirdi

Polis tutuquşu sayəsində narkoşəbəkəni ələ keçirdi

19 avqust 2025 , 18:54
Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

19 avqust 2025 , 18:10
Avqust ayında ilk qar yağdı  - GÖZLƏNİLMƏZ

Avqust ayında ilk qar yağdı - GÖZLƏNİLMƏZ

19 avqust 2025 , 17:56
Aktrisa  meşədə azaraq öldü

Aktrisa meşədə azaraq öldü

19 avqust 2025 , 17:41
Deputat parlament binasında intihar etdi

Deputat parlament binasında intihar etdi

19 avqust 2025 , 17:27
Gənc qadın 18-ci mərtəbədən  yıxılıb öldü

Gənc qadın 18-ci mərtəbədən yıxılıb öldü

19 avqust 2025 , 14:26