«Məktəbi dinlərin baxış meydanına çevirmək lazım deyil»
21 oktyabr 2012 00:23 (UTC +04:00)

«Məktəbi dinlərin baxış meydanına çevirmək lazım deyil»

Rusiyanın Stavropol diyarının qubernatoru Valeri Zerenkov bölgə məktəblərində hicabın yasaqlanması qərarını dəstəkləyib.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, qubernator bu qərarı qəbul etmiş məktəb rəhbərliyinin ünvanına xoş sözlər söyləyib.

«Ölkəmizdə təhsil dünyəvi olaraq qalmalıdır. Məktəbi bu və ya başqa dini baxış və ənənələrin döyüş meydanına çevirmək lazım deyil»-deyə, qubernator vurğulayıb.
# 766

Oxşar yazılar