Yaxın Şərqdə «BBC»-nin yayımı əngəllənir
«BBC» Yaxın Şərqin bəzi bölgələrində yayım siqnalının boğulması üzündən fasilələrlə yayımlanır.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, şirkət rəhbərliyi bunun səbəblərini araşdırır.
Oktyabrın əvvəlində bu informasiya vasitəsinin yayımlandığı «Eutelsat» peyk təchizatçısı siqnalı boğduğu üçün İranı ittiham etmişdi.
Bu ilin fevralında isə «BBC» bildirmişdi ki, Tehran hakimiyyəti qurumun fars dilli verilişlərinin yayımını bir neçə dəfə kəsib, İrandakı əməkdaşları isə hədələnib.
Xatırladaq ki, Fransanın “Eutelsat” şirkəti “Hot Bird” peyki vasitəsilə yayılan İslam Respublikası telekanallarının yayımını da oktyabrın 15-dən dayandırıb. Yayımı dayandırılan İran telekanalları bunlardır: “Əl-aləm”, “PressTV”, “Səhər 1”, “Səhər 2”, “Əl- kövsər”, “Cami-cəm 1”, “Cami-cəm 2”, “Xəbər şəbəkəsi”, “Quran” şəbəkəsi”.Bu kanalların hamısı İran Dövlət Teleradio Təşkilatına tabedir.
“Eutelsat” şirkəti öz qərarının səbəbini açıqlamayıb. Bəzi şərhçilər isə bunu İranın Avropa və Amerikadan yayılan kanalların yayımına mane olmasına cavab addımı kimi qiymətləndirir.

Oxşar yazılar

Bu müsəlman ölkəsi niqabı qadağan etdi
26 iyul 2025 , 16:43
Avtobus aşdı, 15 nəfər öldü
26 iyul 2025 , 09:24
Taylandın hücumu nəticəsində Kambocada 13 nəfər öldü
26 iyul 2025 , 06:52
Hər il 20 min insana çip taxılacaq
26 iyul 2025 , 05:51
Gizli milyardları olan dünya liderləri: birinci yerdə kimdir?
25 iyul 2025 , 15:30
Məşhur futbolçuların bərbərini milyarderlə səhv salıb OĞURLADILAR
25 iyul 2025 , 12:48
Qarabağa gələn Mixail Qusman işdən çıxarıldı
25 iyul 2025 , 01:01