Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Lent.az-a"Azəriqaz"dan məlumat verilib.
Bildirilib ki, balans qovşağında aparılacaq təmir işləri ilə əlaqədar oktyabrın 13-də, saat 14:00-dən etibarən Sumqayıt şəhərinin Sahil küçəsində 800 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Ərazinin qaz təchizatı işlər tamamlandıqdan sonra bərpa olunacaq.