İranda etirazçılar - “Suriyanı burax, bizi düşün”
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ölkənin qeyri-sabit iqtisadi durumuna, hökumətin iqtisadi siyasətinə və milli pulun dəyərinin düşməsinə etiraz bildirən aksiyaçılarla silahlı və mülki geyimli təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar baş verib.
Tehranın Sədi, Cümhuri, Firdovsi, İmam Xomeyni, Hafiz, Mənuçehri və İnqilab küçələrində hökumət qüvvələri ilə üz-üzə gələn aksiyaçılar hakimiyyətə qarşı şüarlar “Xamneyi, ağlını başına yığ, biz dələduz yox, xalqıq”, “Suriyanı burax, bizi düşün” və sair şüarlar söyləyiblər. Etirazçılar dövlət banklarının şüşələrini qırıb, küçələrdəki zibil yeşiklərini yandırıblar. Yüzlərlə dükan və valyutadəyişmə məntəqəsinin sahibləri Mərkəzi Bankın qarşısına toplaşıb.
Qarşıdurmalarda onlarla aksiyaçının tutulduğu bilinməz istiqamətə aparıldığı bildirilir.
Oktyabrın 1-dən bəri İran rialının məzənnəsi ABŞ dollarına nisbətən 30 faiz düşüb. Bu ilin əvvəlindən İslam Respulikasının rialı ABŞ dollarına nisbətdə 80 fazi uculşaıb.
ABŞ dollarının məzənnəsinin qalxması İranda ərzaq məhsulları və başqa gündəlik tələbat mallarının bahalaşmasına səbəb olub.
İran prezidenti Mahmud Əhmədinejad valyuta bazarında yaranmış vəziyyətin arxasında daxili və xarici düşmənlərin durduğunu söyləyib.
Onun sözlərinə görə, təhlükəsizlik qurumlarından biri valyuta bazarındakı son gərginliyin və qarışıqlığın «başında 22 nəfər dayandığı barədə məlumat verib».
«Bu şəxslər bəllidir. Kənarda dayanıb mobil telefonla deyirlər ki, 200 gəl üstünə və ya 500 gəl üstünə. Bir zənglə bazarda vəziyyət qarışır, sonra da insanlar bazara axışaraq, öz pullarını dollara və ya qızıl sikkəyə çevirməyə çalışırlar. Beləliklə, də bazarda iltihab və qarışıqlıq əmələ gəlir. Təhlükəsizlik qurumları bu işə qarışmalı, məsələyə müdaxilə etməlidir”-deyə, hökumət başçısı məsələni sadəlişdirməyə çalışıb.
“İran parlamentinin sədri Əli Laricani müsahibələrinin birində deyib ki, sanksiyalar ölkə iqtisadiyyatına o qədər də təsir etməyib. Bu haqda nə deyə bilərsiniz” sualına da Əhmədinejad ironiya ilə cavab verib: “Sanksiyalar etməyibsə, onda yəqin onun qəbul etdiyi qərarların təsiri olub. Mən demişəm, yenə də deyirəm ki, bəziləri yalnız xoş günlərdə hökumətin yanında olur. Ona (Laricaninini nəzərdə tutur-S.S.) hörmətim var. Ancaq o nə qədər neft satdığımızı, Mərkəzi Bankın isə əhalinin xarici valyuta baxımından ehtiyacını təmin etməyə necə səy göstərdiyini bilir ”.
Sədrəddin Soltan

1416