Uzun illər əvvəl trenddə olan jiletlər yenidən gündəmə gəlib. Payız kolleksiyasında nümayiş olunan fərqli jiletlərə insanlar tərəfindən təlabat çoxalıb.
Lent.az ən dəbli seçimləri toplayıb, onları necə geyinəcəyinizi sizə təqdim edir:
Kostyum
Gələn mövsüm üçün ən bariz variant. Eyni zamanda, darıxdırıcı görünmür və jilet ilə birləşmələri gözəl görüntü verir.
Trikotaj
Bu seçimi soyuq mövsüm üçün əsas geyim adlandırmaq olmaz. Amma trikotaj gödəkçələr üç mövsüm ardıcıl olaraq öz trendini qoruyub saxlayıb.
Denim
Denim jiletlərlə bir az 2000-ci illərin trendini xatırladır.
Yunlu
Bu materialda ola jiletlərdə gündəmdə qalır. Soyuq havaların vazgeçilməzi olan yunlu jiletlər köynəklər və boğazlı koftalar üzərindən geyinilə bilər.
Dəri
Və əlbəttə ki, bu payızın əsas tendensiyasını - dəri toxumasını nəzərdən qaçırmırıq. 2023-cü ilin payızı üçün dəri jiletlər gündəmdədir. Daha çox ofis kostyumunun bir hissəsi kimi istifadə edilir.