Yuxuda sevgilinizi  başqası ilə görmək nə vəd edir?
25 may 2022 10:21 (UTC +04:00)

Yuxuda sevgilinizi başqası ilə görmək nə vəd edir?

Yuxu mücərrəd bir anlayışdır. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosoflar və elm adamları bununla bağlı çox araşdırma edir. Yuxuların mənasını müxtəlif yollarla izah edirlər. Belə deyilir ki, yuxu bizim ölümdən sonrakı həyatımızla da əlaqəlidir. 

Yuxularda bir çox şey görürük. Bunlardan biri də sevdiyimiz insanlardır. Bəs, yuxuda sevgilinizi görmək nə vəd edir? 

Lent.az yuxuda sevdiyiniz insanı görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni sizə təqdim edir:

Yuxuda sevdiyiniz insanı görmək ümumilikdə müsbət tərəfə yozulur. Təbii ki, burada sevgilinizi necə görməyinizin də təsiri var. 

Yuxuda sevdiyiniz qızı görmək maddi problemlərinizin sona çatacağını və yaxın gələcəkdə evliliyin baş verəcəyini göstərir. 

Yuxuda sevdiyiniz oğlanı görmək iş həyatında qazanc əldə edəcəyiniz kimi şərh olunur. Bu yuxunu görənlərin artıq insanlara əvvəlki kimi etibar etməyəcəyi və verdikləri sirlərin açılacağı, yaşanacaq xoşagəlməz və bədbəxt günlərin yaxın olduğunu ifadə edir. 

Yuxuda sevgilini başqası ilə görmək yuxu alimləri tərəfindən iki cür yozulur. Yuxu sahibi bir qadındırsa, bu, sevdiyi insanın həyatında əhəmiyyətli bir yerə sahib olduğunu göstərir. Yuxu sahibi kişidirsə, bu, həmin şəxsin sadiq olduğunu göstərir. 

Evli yuxu sahibi keçmiş sevgilisini görürsə, bu yuxu başqalarının evliliyə qarışacağını bildirir. Başqa sözlə, üçüncü tərəflər tərəfindən evliliyə zərər vermə kimi yozulur. 

Yuxuda sevdiyin şəxsin atasını görmək başqa bir şəhərə köçüb, yeni bir iş tapması kimi ifadə edilir. Bu, taleyinizin açılacağını, həyatınıza rəng qatacağını və yeni insanlarla tanış olacağınızı göstərir. Yuxu sahibi maddi və mənəvi olaraq rahatlayacaq, kefinin və sağlamlığının yerində olacağını göstərir.

Yuxuda sevdiyindən ayrılmaq yuxu sahibinin çətinliklərlə qarşılaşacağını göstərir. Bəzi şərhçilərə görə, yuxuda sevgilinizlə münasibətlərinizi pozduğunuzu görsəniz, maddi itkilərlə üzləşəcəyinizi və işlərin mənfi bir dövrə keçəcəyinə işarə edilir.
 

# 12198
avatar

Sevinc Fərid

Oxşar yazılar