Vəkillərin səhvinə görə ər-arvad boşandı - film kimi OLAY
17 aprel 2024 15:38 (UTC +04:00)

Vəkillərin səhvinə görə ər-arvad boşandı - film kimi OLAY

İngiltərədə bir hüquq firmasının boşanma vəkilləri həyat yoldaşlarını qarışdırıb və yanlış cütü boşanıblar. Bu barədə “The Guardian” məlumat yayıb.

Lent.az xəbər verir ki, Vardaqsın vəkilləri elektron qovluqları qarışdıraraq sənədləri boşanma prosesi üçün yanlış cütlüyə göndəriblər. Səhv seçilmiş ər və arvad da boşanma prosesində olub və əmlak bölgüsünü düşünüblər. Vəkillər təsadüfən onların işi üzrə yekun qərarın verilməsi üçün müraciət ediblər.

“The Guardian” qeyd edib ki, səhv iki gün sonra aşkarlanıb. Vəkillər son boşanma qərarını ləğv etmək üçün London Ali Məhkəməsinə müraciət ediblər. Onlar bildiriblər ki, işçilərdən biri təsadüfən “səhv düyməni basıb”. Ailə Məhkəmənin sədri vəkil bürosunun tələbini rədd edib və ər-arvadı boşayıb.

# 2142
avatar

Oxşar yazılar