Toydan pul yığa bilmədiyi  üçün bəydən ayrıldı
13 fevral 2024 19:15 (UTC +04:00)

Toydan pul yığa bilmədiyi üçün bəydən ayrıldı

Kanadada gəlin qonaqların 1,5 min Kanada dolları vermək istəməməsi səbəbindən toy etməkdən imtina edib və bəydən ayrılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Suzan adlı qız sevgilisi ilə yerli ekstrasensin məsləhətinə əməl edərək dəbdəbəli toy etmək qərarına gəlib. Cütlüyün planları şənliyə təxminən 60 min Kanada dolları xərcləmək idi. Xərcləri qarşılamaq üçün gəlin tədbirdə iştirak üçün qonaqlardan 1,5 min Kanada dolları tələb edib. Məlumata görə, əksər dostlar və qohumlar belə bir xahişdən imtina ediblər.

Bu reaksiya gəlini hiddətləndirib və nəticədə sevgililər nəinki toyu ləğv edib, hətta ayrılıblar. Suzan sevdiklərindən pul tələb etdiyi üçün üzr istəməkdən imtina edərək, sosial şəbəkələrdə ayrıldığını elan edib. Onun sözlərinə görə, bəzi qohumları və dostları ona daha böyük məbləğdə pul veriblər. O, əlavə edib ki, insanlar töhfə verə bilməsələr, "eksklüziv toya" dəvət edilmirlər. Qız bunun ömürdə bir dəfə baş verən şənlik olduğunu vurğulayıb.

# 22380
avatar

Oxşar yazılar