Türkiyəli aktrisa Merve Boluğurun əri DJ Mert Aydın xəstəxanalıq olub.
Lent.az xəbər verir ki, aktrisa xəstə yatağından selfi çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Merve paylaşımına “Yaxşı gündə, pis gündə” şərhini yazıb. O, yoldaşının xəstəliyi ilə bağlı heç bir məlumat verməyib.
Qeyd edək ki, cütlük 10 gün əvvəl nikah masasına oturmuşdu.