Şeyma Subaşı ikinci şans verdiyi misirli sevgilisi Məhəmməd Əlsaloussini yenidən tərk edib.
Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, Azərbaycan əsilli məşhur aparıcı Acun Ilıcalının keçmiş həyat yoldaşı, sosial media fenomeni Şeyma Subaşı misirli sevgilisi Məhəmməd Əlsaloussi ilə münasibətində xoşbəxt son olmayıb. Otən ildən ABŞ-da yaşayan misirli iş adamı Mohammed Alsaloussi ilə birlikdə olan Subaşı yenidən ayrılıb.
Sevgilisindən ayrılan Şeyma Subaşı səkkiz yaşlı qızı Melisa ilə birlikdə keçmiş həyat yoldaşı Acun Ilıcalının Mayamidəki evinə köçüb. Bacısını və yaxın dostlarını evə dəvət edən Subaşı qohumları ilə vaxt keçirərib.
Qeyd edək ki, yayın əvvəlində evlilik təklifi alan və hamilə olduğunu açıqlayan 31 yaşlı fenomen, ötən aylarda Alsaloussiyə qarşı fırıldaqçılıq iddiaları ilə münasibətini bitirdikdən sonra Türkiyəyə qayıdıb.