Qalmaqallı kral toyları   - Bütün dünya onlardan danışırdı
15 oktyabr 2021 18:02 (UTC +04:00)

Qalmaqallı kral toyları - Bütün dünya onlardan danışırdı

Toylar həmişə diqqət mərkəzində olub. Kral ailəsi üzvlərinin evliliyinə gəldikdə isə illərdir bu barədə danışılır.

Lent.az xarici KİV-ə istinadən qalmaqallarla yadda qalan kral toylarını təqdim edir.

1795-ci ildə Uels şahzadəsi Corc (Kral IV Corc) əmisi qızı Brunsvik şahzadəsi Karolina ilə evlənmək qərarına gəlib. Ancaq gəlini evləndiyi gün görən Kral IV Corc "Yaxşı deyiləm, mənə bir stəkan konyak gətirin!" deyərək bağırıb və ölənə qədər içməyə davam edib. Evləndiyi gün ayaq üstə durmağa taqəti qalmayıb.

İngiltərədə ən çox danışılan hadisələrdən biri də Kral VIII Edvardın sevgisi idi. Daha əvvəl evli olub boşanmış qadın Vallis Simpsonla evlənmək istəyən kralın ailəsi və ətrafı ona qarşı çıxmışdı. Bundan sonra VIII Edvard taxtdan imtina edir və sevgisini rahat yaşamağa başlayır. Cütlük 1972-ci ilə, yəni Edvardın ölümünə qədər evli qalıblar.

Mariya Antoinette cəmi 14 yaşında ikən Fransa kralı XVI Luiz ilə evlənir. Dərzilər toydan əvvəl ölçüləri səhv götürdüyünə görə gəlinliyinin zəncirbəndi bağlanmır və gəlin toy boyunca beli gəzməli olur. Bu hadisə böyük qalmaqala səbəb olur. Başına gələnlər bununla bitmir. Fransız inqilabından sonra başı gilyotinlə kəsilir.

20-ci əsrin ən mübahisəli cütlüyü olan Şahzadə Diana və Çarlz demək olar ki, evlənə bilmirdilər. Diana Şahzadə Çarlzın hələ də məşuqəsi ilə görüşdüyündən şübhələnirdi. Bu problem aradan qaldırıldıqdan sonra toy etmək qərarına gəlirlər. Amma sanki bu işdə nələrsə düz getmirdi. Həmin gün ətirini gəlinlik üzərinə tökür və gəlinlikdə iz qalır. Bundan başqa, Şahzadə Çarlz da müsahibəsində atası Filipin onu evlənməyə məcbur etdiyini söyləmişdi.

Saxe-Gotha şahzadəsi Augusta, İngiltərənin varisi şahzadə Frederiklə evlənməli idi. 16 yaşında qız evlənərkən o qədər stress keçirmişdi ki, toy günü qayınanasının üstünə qusmuşdu. Olduqca kobud bir başlanğıc idi.

Yenə İngiltərə və yenə qalmaqal. 1919-cu ildə brilyant, qızıl və gümüşdən hazırlanan incə tac, şahzadə Elizabetin toy gününün səhəri qırılıb. Daha sonra tac təmir edilib və Şahzadə Elizabeth onu taxıb.

İspaniya kralı IV Filip qardaşı qızı ilə evləndiyinə görə uşaqları genetik xəstəliklə dünyaya gəlir. İspan İmperatorluğunun son Habsburg hökmdarı II Karlos olan bu uşaq, cütlüyün sağ qalan yeganə övladı idi. Ancaq heç kim “xəstə” olduğunu qəbul etmir, “cadu” edildiyinə inanırdılar. Buna görə də Filip vərəsəsiz öldüyü üçün özündən sonra taxta çıxacaq heç kim qoymayıb. Bu hadisə də “İspan Vərəsəlik Müharibəsi”nə səbəb olub.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13437
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar