Partnyorlarını  mütləq aldadacaq   bürclər
18 oktyabr 2023 20:15 (UTC +04:00)

Partnyorlarını mütləq aldadacaq bürclər

Hər münasibətlərdə sədaqət çox önəmlidir. Lakin bəzi bürcün nümayəndələri  xəyanətə meyilli olurlar.

Lent.az münasibətdə ən çox xəyanətə meyilli olan bürcləri təqdim edir:

Əkizlər

İkili bürcdür, dəyişkənliyə meyllidir. Bürcün nümayəndələri cazibədarlığından yaxşı istifadə edirlər. Ancaq onlar asanlıqla bir partnyordan digərinə keçə bilərlər. Çünki bu, onlar üçün sadəcə xoş bir əyləncədir. Sıxıldıqları an müxtəliflik axtarmağa gedirlər. Əkizlərin ikililiyinin başqa bir təzahürü də iki evdə yaşamaq qabiliyyətidir.

Oxatanlar

Ovçu ehtirası ilə xarakterizə olunur: məqsədə can ataraq, xərclərdən və vaxtdan asılı olmayaraq maneələri dəf etməyə hazırdırlar. Ancaq istədiklərini əldə etdikdən sonra tez bezir və əvvəlki ehtiraslarının obyektinə maraqlarını itirirlər. Belə bir "ovçunu" saxlamaq üçün onu daim təəccübləndirmək lazımdır.

Əqrəblər

Seksi sevirlər, buna görə də yeni münasibətlərdə olmağa hazırdırlar. Onların qalmaqallara başlamasının mənası yoxdur - onlar sadəcə olaraq belə bir vəziyyətə dözməyə razı olan birinin yanına getməyə üstünlük verəcəklər. Ancaq bütün bu xəyanətlər əqrəblərin əsl sevdikləri insanları tapana qədər davam edəcək. Çünki o zaman xəyanət bitəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12795
avatar

Fidan İlqar

Oxşar yazılar