Keçmiş sevgilisi   İlon Maskı məhkəməyə verdi –  SƏBƏB
04 oktyabr 2023 19:00 (UTC +04:00)

Keçmiş sevgilisi İlon Maskı məhkəməyə verdi – SƏBƏB

İlon Maskın keçmiş sevgilisi müğənni Qrayms onu məhkəməyə verib. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, sentyabrın 29-da müğənni Qrayms qəyyumluqla bağlı məhkəməyə müraciət edib. 

“Tesla” həmtəsisçisi Qraymsın müraciətinə cavab verməyib. O, uşaq dəstəyi və ya qəyyumluq hüququ da tələb etməyib.

Qeyd edək ki, İlon Mask və Qrayms 2018-ci ildə görüşməyə başlayıblar. Sahibkar və müğənni ilk dəfə 2018-ci ildə “Met Gala”da birlikdə görünüblər. Onlar 2021-ci ildə ayrılıb. Cütlüyün birlikdə iki övladı var. Ancaq sentyabrın 10-da İlon Maskın Qraymsdan gizli övladı olduğu məlum olub. Uşağın adının Techno Mechanius olduğu və onun Tau ləqəbini daşıdığı təsdiqlənib. Uşağın yaşı açıqlanmayıb.

Sentyabr ayının əvvəlində müğənni “X” sosial şəbəkəsində (keçmiş Twitter) İlon Maskın oğlunu görməyə icazə vermədiyi ilə bağlı “tweet” atıb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3933
avatar

Sevinc Fərid

Oxşar yazılar