Keçmiş prezidentin nəvəsi idmançı sevgilisindən  AYRILDI
01 dekabr 2022 17:42 (UTC +04:00)

Keçmiş prezidentin nəvəsi idmançı sevgilisindən AYRILDI

Rusiyalı futbolçu Fedor Smolov Rusiyanın ilk prezidenti Boris Yeltsinin nəvəsi Mariya Yumaşevadan ayrılıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, 20 yaşlı Mariya sosial şəbəkə hesablarında 29 yaşlı sevgilisi ilə olan bütün şəkillərini silib.

Eyni zamanda, onun "İnstagram"da başqa bir kişi ilə qucaqlaşdığı şəkilləri üzə çıxıb. Rusiya mediasında onların buna görə ayrıldığı iddia olunur.

Xatırladaq ki, Boris Yeltsin 1991–1999-cu illərdə Rusiyanın ilk prezidenti olub.

 2020-ci ildə evlənmək qərarına gələn cütlük Mariyanın həddi-büluğa çatanda toy etməyi planlaşdırırdı.

# 2634
avatar

Nigar Namiq

Oxşar yazılar