“Əsrin toyu”ndakı bəy  25 il həbs oluna bilər - SƏBƏB
08 dekabr 2023 11:30 (UTC +04:00)

“Əsrin toyu”ndakı bəy 25 il həbs oluna bilər - SƏBƏB

Noyabr ayında medianın əsrin toyu adlandırdığı toydakı bəy 25 il həbs oluna bilər. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, “Ussery Automotive Group” avtomobil şirkətinin baş direktoru Madlen Brokvey və Ceykob Laqronun qızlarının Parisdə dəbdəbəli toyu olmuşdu. 

Məlumata görə, toya 25 milyon dollar pul xərclənmişdi. 

İndi məlum olub ki, Texas ştatından olan məşhur 29 yaşlı bəy üç polis əməkdaşına hücum etməkdə ittiham olunub. Məhkəməyə görə, martın 14-də məmurlara hadisə ilə bağlı zəng daxil olub. Onlar çağırışa gələndə Laqron onlara atəş açıb.

Yerli qanunlara uyğun olaraq cinayətkarı törətdiyi cinayətə görə ömürlük həbs cəzası gözləyir. Lakin ona cəzasının 25 ilə qədər azaldılmasını nəzərdə tutan vəsatət təklif olunub. 

Qeyd edək ki, Laqronun sevgilisi məhkəmə iclasında iştirak etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5502
avatar

Sevinc Fərid

Oxşar yazılar