Zorlamada ittiham olunan braziliyalı futbolçu Dani Alveşin həyat yoldaşı Joana Sans sosial şəbəkələrdə əri ilə olan bütün fotolarını silib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu, idmançının xəyanət etdiyini etiraf etməsindən sonra baş verib. Əvvəlcə Sans ərinin müdafiəsinə qalxıb, lakin sonra oyunçu etiraf etdikdən sonra şəkilləri silmək qərarına gəlib. Qeyd edək ki, Meksikanın “Pumas” klubu həbs olunduğu gün Alveşlə müqaviləyə xitam verib.
39 yaşlı Dani Alveş yanvarın 20-də həbs edilib. İdmançını 4 ildən 12 ilə qədər həbs gözləyir.
Alveş Fransa, İspaniya, İtaliya çempionu olub, həm də bu ölkələrin ölkə kuboklarını qazanıb. Braziliya milli komandasının tərkibində iki dəfə Konfederasiyalar Kubokunu və Amerika Kubokunu qazanıb, həmçinin Olimpiya Oyunlarının və Gənclər arasında Dünya Çempionatının qalibi olub.