10 illik evliliyinə son qoyan Serkan Tepebaşı, boşanmağa "Əsl evli evdə qalır, boşandım, çox xoşbəxtəm" yazdığı maşını ilə getdi.
Lent.az Türkiyə mediasına istinadən məlumat verir ki, Zonquldakda yaşayan mədən işçisi Serkan Tepebaşı, 10 ildir evli olduğu həyat yoldaşı Sevim Tepebaşı ilə boşanmağa qərar verib.
Serkan Tepebaşı, evliliyini bir ip üzərində saxlamağa çalışdığını, ancaq həyat yoldaşının iyun ayında evi tərk etdiyini bildirib. Cütlük, Zonquldak Ailə Məhkəməsində keçirilən iclasda boşanıb. Avtomobilini gəlin maşını kimi bəzəyən mədənçi arxa pəncərəsinə "Əsl evli evdə qalır, boşandım, çox xoşbəxtəm" sözlərini yazdırıb.
Serkan Tepebaşı boşanma xoşbəxtliyini şəhəri maşınla gəzərək yaşayıb. Maşınında mahnı qoyan Tepebaşı, əl qaldırıb oynamağı da unutmayıb.