Azərbaycan əsilli iş adamı müğənniyə  700 minlik ev   aldı
20 aprel 2022 14:38 (UTC +04:00)

Azərbaycan əsilli iş adamı müğənniyə 700 minlik ev aldı

Həyat yoldaşından boşanaraq Mayamiyə köçən müğənni və model Petek Dinçözün əslən azərbaycanlı olan iş adamı Rza Zərrabla münasibətinin olduğu iddia edilmişdi. 

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni Dinçöz bu iddiaları təkzib etmişdi. 

Ancaq "Söylemezsem olmaz" verlişinin aparıcısı Bircan Bali bu barədə danışıb. Onun sözlərinə görə, hazırda Rza modelə Mayamidə 700 min dollarlıq ev hədiyyə edib. Rəfiqəsinin evində qalan müğənninin tezliklə həmin evə köçəcəyi deyilir. 

Qeyd edək ki,  Rza Zərrab 11 illik həyat yoldaşı, müğənni Ebru Gündəş ilə rəsmi olaraq keçən il boşanmışdı. Daha sonra onun ifaçı Hadisə ilə eşq yaşadığı ortaya çıxmışdı. 


 

# 7047
avatar

Sevinc Fərid

Oxşar yazılar