İllərdir şiddət gördüyünü söyləyən və 60 illik ərini 38 yerindən bıçaqlayaraq öldürən qadının qızı, anasından deyil, atasından şikayətçi olub.
Lent.az xəbər verir ki, dəhşətli hadisə Türkiyədə baş verib. Ankaranın Mamak səmtindəki Bahçelerüstü məhəlləsində yaşayan 76 yaşlı Mövludə Akgün gecə ərinin səs-küy salmasından narahat olub. Yata bilmədiyinə görə aralarında dava başlayıb və Mövludə 80 yaşındakı həyat yoldaşı Əhməd Akgünü 38 yerdən bıçaqlayaraq öldürüb.
Cinayəti etiraf edən Mövludə Akgün həbs edilib. Ağır Cəza Məhkəməsində Mövludə Akgün “həyat yoldaşına qarşı qəsdən adam öldürmə” cinayəti ilə günahlandırılaraq ömürlük həbs cəzası tələb olunub.
Məhkəmədə şahid qismində dindirilən təqsirləndirilən şəxsin qızı Nurgül Akgün atasından şikayətçi olduğunu bildirib:
"Anamdan deyil, atamdan şikayətçiyəm. Uşaqlığımdan bəri həm məni, həm də anamı döyüb. Evdə daim dava olurdu. Hadisə günü atam bıçaqla anamın üstünə gəlib. Dalaşıblar. Anam özünü qorumaq üçün onu bıçaqla vurub. Onların səsini eşidib otağa gedəndə atam yerə yıxılmışdı ".
Nurgül Akgünün ifadələrindən sonra qərarını açıqlayan məhkəmə heyəti, Mövludə Akgünün zehni olaraq sağlam olub-olmadığını müəyyən etmək üçün İstanbul Ədliyyə Tibb İnstitutuna göndərilməsinə qərar verib və məhkəmə iclasını təxirə salıb.